VAKANSİYALAR


Karyera

 Arzuladığınız karyera üçün Sizə imkan yaradırıq!
Hər bir şirkət işçi heyətinin göstərdiyi səxsi səyləri nəticəsində uğur qazanır. Bu baxımdan bacarıqlı, ünsiyətcil və məsuliyyətli şəxsləri öz komandamıza cəlb edirik. Bizim peşəkar komandamıza qoşulmaq istəyirsinizsə buyurun müraciət edin. Uğurlu karyera qazanmaq öz əlinizdədir.
 
VAKANSİYALAR
Satış təmsilçisi

Vəzifə: Satış təmsilçisi
İş yeri: Baş ofis

Ümumi məlumat

  • Ölkənin ilk regional sığorta şirkəti olan “Naxçıvansığorta” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.
  • Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Namizədə tələblər

  • Yaş: 20-35
  • Təhsil: Ali (iqtisadiyyat, idarəetmə, biznes, riyaziyyat, informatika, mühəndis istiqamətlərinə üstünlük verilir).
  • İş təcrübəsi: Zəruri deyil (müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir).
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (arzuolunandır)
  • Windows, Microsoft office (word, excel) proqramları ilə işləmə bacarığı;

 

Əsas vəzifə öhdəlikləri

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və mövcud müştərilərlə danışıqlar aparmaq;
  • Sığorta məhsullarının satışı zamanı aparılan sənədləşmə prosesinə kömək etmək;
  • Sığorta müqavilələrinin hazırlanmasına və rəsmiləşdirilməsinə kömək etmək;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

 

Tələb olunan keyfiyyətlər

  • İnsanlarla (müştərilərlə) ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
  • Təmkinli, stressədavamlı və etikaya riayət etmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.




Müraciət üçün keçərli tarix  aralığı : 01.11.2022 - 20.11.2022
Məsul aktuari

Vəzifə: Məsul aktuari
İş yeri: Bakı ofisi

Namizədə aid tələblər:
  • Ali - Maliyyə/ İqtisadi/ Riyazi;
    • İş təcrübəsi aktuari kimi ən azı 1 il;
    • Microsoft Office;
    • Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
    • Riyazi biliklər, analiz etmə, risklərin qiymətləndirilməsi, alqoritmlər qurma, iqtisadi biliklər, sığorta qanunvericiliyi;
    • Attestasiyadan keçmiş məsul aktuari şəhadətnaməsi.
İş haqqında məlumat:
  • Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsini hesablamaq;
    • Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi və tələb olunan kapitalını hesablamaq;
    • Sığorta ehtiyatlarının formalaşdırılması, sığortaçının zərərlilik dərəcəsinin hesablanması, tələb olunan kapitalının, investisiya fəaliyyətinin müəyyən edilməsi üzrə sığorta fəaliyyətinin tənzimlənməsi barədəki normativ sənədlərə uyğun hesabatları hazırlamaq; 
    • Qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta məhsullarının qiymətlərinin müəyyən edilməsində bilavasitə iştirak etmək;
    • Aktuar hesabatlar üzrə operativ və təşkilati sənədləri hazırlamaq;
    • Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadısələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərin yenidən baxılması üçün təkliflər vermək;
    • Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamalar aparmaq və təkliflər hazırlamaq;
    • Sığortaçının məcmu kapitalının və öz vəsaitini hesablamaq;
    • Sığorta sinifləri üzrə sığorta tarifini hesablamaq və təklifləri hazırlamaq və s.;
  • İş yeri: Bakı və ya Naxçıvan şəhəri;
    • İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı;
    • Əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilir.
Öz CV-nizi vakansiya@naxcivansigorta.az e-poçt ünvanına göndərməyiniz Sizdən xahiş olunur
CV faylını seçin
Maksimum fayl ölçüsü 4.69 MB
     "NAXÇIVAN SIĞORTA"  ASC-nin İnsan Resursları Şöbəsi, bütün onlayn müraciətləri qiymətləndirir. Müraciətləriniz "NAXÇIVAN SIĞORTA"  ASC-nin gələcək vəzifələr üçün məlumat bazasında saxlanılır.