Sizə müxtəlif nəqliyyat növləri ilə daşınan yüklərin etibarlı sığortasını təklif edirik. Bu sığorta növü, yüklərin avtomobil, su, hava və dəmiryolları vasitəsilə daşındığı zaman baş verə biləcək zərərləri qarşılayır.
 
NƏ ÜÇÜN YÜKLƏRİN SIĞORTASINI ALMALIYAM?
Çünki müasir dövrdə yüklərin bir məntəqədən digər məntəqəyə daşınması əksər hallarda biznes sahələrində mühüm yer tutur. Təəssüf ki, tez-tez bu yükdaşımalar zamanı maddi itkilər və zərərlərlə qarşılaşırıq. Müxtəlif səbəblərdən daşınan mallar yolda tam və ya qismən məhv ola bilər. Məhz buna görə də yükün hər hansı bir ünvana (ölkə daxili və ya xaricə) çatdırılması zamanı yüklərin sığortası zəruridir. Bu sığorta məhsulunu əldə etməklə Siz, sığorta hadisəsi baş verdikdə ortaya çıxan maliyyə problemlərini əvvəlcədən həll etmiş olursunuz.

 

Sığorta təminatı:
“Bütün risklərə görə məsuliyyət” - hər hansı hadisələrin nəticəsində sığortalanmış yükə dəyən itki və zərərlər (məhv olma, yox olma, itirilmə).

 

London sığortaçılar institutunun (B) şərtinə görə məsuliyyət - aşağıda qeyd edilmiş və sığorta müqaviləsində xüsusi olaraq göstərilmiş hadisələrin nəticəsində sığortalanmış yükə dəyən itki və zərərlər (məhv olma, yox olma, itirilmə):
  • yanğın və ya partlayış;
  • gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi;
  • yerüstü nəqliyyat vasitəsinin aşması və yaxud relsdən çıxması;
  • gəminin, bərənin, qayığın və yaxud daşıma vasitəsinin sudan başqa hər hansı digər xarici obyektlə toqquşması və ya təması;
  • fəlakət limanında yükün boşaldılması;
  • zəlzələ, vulkan püskürməsi, ildırım vurması;
  • ümumi qəza zamanı ianələrlə bağlı xərclər;
  • sığortalanmış yükün gəmidən suya atılması və yaxud dalğa ilə yuyulması;
  • dəniz, göl və ya çay suyunun gəminin, bərənin, qayığın anbarına, daşıma vasitəsinə, konteynerə və ya yükün saxlanıldığı yerə daxil olması;
  • gəmidə və yaxud digər nəqliyyat vasitəsində aparılan yükləmə və ya boşaltma işləri zamanı düşmüş (salınmış) yükün tamamilə məhv olması.

 

London sığortaçılar institutunun (C) şərtinə görə məsuliyyət - aşağıda qeyd edilmiş və sığorta müqaviləsində xüsusi olaraq göstərilmiş hadisələrin nəticəsində sığortalanmış yükə dəyən itki və zərərlər (məhv olma, yox olma, itirilmə):
  • yanğın və ya partlayış;
  • gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi;
  • yerüstü nəqliyyat vasitəsinin aşması və yaxud relsdən çıxması;
  • gəminin, bərənin, qayığın və yaxud daşıma vasitəsinin sudan başqa hər hansı digər xarici obyektlə toqquşması və ya təması;
  • fəlakət limanında yükün boşaldılması;
  • ümumi qəza zamanı ianələrlə bağlı xərclər;
  • qəza zamanı yükün gəmidən suya atılması.

 

Sığorta təminatı hətta sığorta riskinin bilavasitə nəticəsi kimi ortaya çıxsa belə, aşağıdakılar nəticəsində sığorta obyektinin məhv olmasına, korlanmasına və ya xərclərə təminat verilmir:

 

  • Sığortalının, yük göndərənin, yük alanın və ya onların nümayəndələrinin qəsdi;
  • Nüvə partlayışının təsiri, radiasiya və ya radioktiv şüalanma;
  • Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər, qiyam, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi və qəsbkar hərəkətlər;
  • Dövlət orqanlarının tapşırığı ilə əmlakın həbs olunması, müsadirə olunması, milliləşdirilməsi, rekvizisiyası, məhv edilməsi və ya korlanması;
  • Sığortalının cinayət törətməsi;
  • Yükün təbii xüsusiyyətləri (xarab olma, azalma, pas, kiflənmə, əksilmə, sınma, öz-özünə alışma və s.);
  • Qablaşdırmanın lazımi səviyyədə edilməməsi;
  • Qablaşdırmanın zahiri bütövlüyünə baxmayaraq yükün əksik gəlməsi;
  • Yükün qurdlar, gəmiricilər və ya həşəratlar tərəfindən korlanması;
  • Sığorta hadisəsi nəticəsində ortaya çıxmasından asılı olmayaraq, yükün çatdırılmasının gecikdirilməsi;
  • Sirli yoxolma.

YÜKLƏRİN SIĞORTASINI NECƏ ƏLDƏ EDİM?

Yüklərin sığortasını əldə etmək üçün 1175 qısa nömrəsinə və ya +994513554141 nömrəsinə zəng vurmaq yaxud ayxan.abbasbeyli@naxcivansigorta.az  adresinə müraciət forması göndərmək kifayətdir - bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.

Aşağıdakı forma ilə sorğunu göndərin, biz Sizinlə əlaqə saxlayaq.

Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun