AVTONƏQLİYYAT VASİTƏLƏRİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNİN KÖNÜLLÜ SIĞORTASI
Avtonəqliyyat vasitələri sahiblərinə mülki məsuliyyətinin könüllü sığortasını təklif edirik. Bu sığorta məhsulu sığortalının özü, yaxud onun etibar etdiyi şəxsin sığortalanmış avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.
AVTONƏQLİYYAT VASİTƏLƏRİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNİN KÖNÜLLÜ SIĞORTASINI NƏ ÜÇÜN ALMALIYAM?
Çünki nə qədər məsuliyyətli olmağa çalışsaq belə, gündəlik həyatımızda baş verən proseslərdən qaynaqlanan hadisələr nəticəsində Üçüncü şəxslərin həyatına, sağlamlığına xəsarət yetirilməsinə və ya əmlakına zərər vurulmasına səbəb ola bilərik.
Sığorta təminatı:
Sığorta şəhadətnaməsi üzrə səlahiyyətli şəxsin sığorta şəhadətnaməsində qeyd olunan avtonəqliyyat vasitəsindən istifadəsi nəticəsində üçüncü şəxslərin səhhətinə və əmlakına vurduğu zərərlər;
Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında həyata keçirilən məhkəmədən kənar tənzimləmələr;
Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq va ya bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının çəkdiyi məhkəmə və digər zəruri müdafiə xərcləri;
Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi üçün zərərlərin azaldılması məqsədilə çəkilən zəruri, əsaslandırılmış ağlabatan xərclər.
Sığorta təminatından istisnalar Sığorta Qaydalarında daha ətraflı izah olunub.
AVTONƏQLİYYAT ÜZRƏ MÜLKİ MƏSULİYYƏTİN KÖNÜLLÜ SIĞORTASINI
NECƏ ƏLDƏ EDİM?
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasını əldə etmək üçün üçün 1175 qısa nömrəsinə və ya +994513554141 nömrəsinə zəng vurmaq yaxud ayxan.abbasbeyli@naxcivansigorta.az adresinə müraciət forması göndərmək kifayətdir - bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.
Aşağıdakı forma ilə sorğunu göndərin, biz Sizinlə əlaqə saxlayaq.