ƏMLAK SIĞORTASI

EVİNİZ EVİMİZDİR

Əmlakınız əhəmiyyətlidir, QORUNDUĞUNDAN əmin olun!

NƏQLİYYAT SIĞORTASI

Avtomobiliniz tamamilə NAXÇIVAN SIĞORTA zəmanəti altında!

FƏRDİ QƏZA SIĞORTASI

Qəza gözlənilməz hadisədir. Onu təxmin edə bilməsəniz də, hazır ola bilərsiniz.

Nə üçün biz?

Sürətli

İstər məhsul alınan zaman, istərsə də sığorta hadisəsi zamanı fərqimiz sürətimizdir.

Etibarlı

Regional sığorta şirkəti olmağımıza baxmayaraq hər gün artan müştəri və partnyorların sayı bunun göstəricisidir.

Ədalətli

Biz işimizdə hər zaman qanunvericiliyi rəhbər tuturuq.

/ Sığorta

SIĞORTA ÇƏTİN OLUR

Bu mağazadan geyim, mebel və ya ərzaq almağa bənzəmir. Sığorta məhsulu aldığınız zaman bir söz alırsınız. İşinizdə təhlükəli bir hadisə baş verərsə, sığortaçınızın yenidən işinizi düzəltmək üçün Sizə kömək edəcəyinin sözüdür.

Lakin qeyri-maddi məhsul olduğu üçün sığortanın dəyərini sorğulamaq bizə daha cazib gəlir.
Geriyə dönüb baxaq və Sığortanın nə üçün əhəmiyyət kəsb etdiyini təsvir edən böyük bir mənzərə yaradaq. Sığortanın vacib olmasının beş səbəbi. 

Sığorta ticarət və biznesin dayanıqlılığını təmin edir.

01

Heç kim gələcəyini təxmin edə bilməz. Sığorta sizə hadisələrin baş verməyəcəyinin sözünü də verə bilməz. Sığorta, sığorta təminatı bütün riskləri əhatə edən məhsulu almaq, sizi, biznesinizi, gələcək həyatınızı, əmlakınızı və ən vacib olan sağlamlığınızı hadisədən əvvəlki vəziyyətə qaytarmaq üçün olan bir vasitədir.

Completed Projects

02

Kreditorlar sığortanızı tələb edir. Bu barədə düşünün: Biznes krediti verənlər yeni bir bina almadan və ya tikmədən əvvəl sığorta təminatı istəyirlər. Bir sözlə,  işinizin davam etməsi üçün lazım olan pulu əldə etmək üçün,  sığortanın faydalarından yararlanmanız qaçınılmazdır. Sığorta olmadan, qazanclı biznes modeliniz ilk addımını atması üçün lazım olan maliyyəni ala bilmir və ya qurulmuş biznes modeliniz inkişaf etmək və daha yaxşı rəqabət etmək üçün maddi dəstəyi ala bilmir.
 
Completed Projects

03

03

Sığorta vacibdir bəzəndə bu qanunun tələbidir! Bunun böyük bir nümunəsi avtosığortadır. Avtosığorta bəzi ölkələrdə məcburidir. Avtosığorta yolda həyat riskini azaltmağa kömək edir, eyni zamanda sərnişinlərin fərdi qəza sığortası da əksər dövlətlərdə tələb olunan icbari sığorta formasıdır.

Completed Projects

04

Qeyri-maddi anlayış olan Sığorta, başqa bir qeyri-maddi olan dincliyi təmin edir. Sahibkarlar sığorta sayəsində riskləri dəyişdirə bildikləri üçün müəyyən iş təşəbbüslərini öz üzərlərinə götürə bilərlər. Borc verənlərdən sığorta tələb olunur. Sığorta, sahibkarlara verilmiş fürsəti kəşf etməyə imkan verən və (borc verənlər tərəfindən) tələb olunan təhlükəsizlik şəbəkəsidir.

 
Completed Projects

05

Sığorta, işlər yolunda getmədiyi zamanlarda təhlükəsizliyin təminatçısıdır. Həyat sığortası, ailə başçılarından hər hansı bir fərdin itirildiyi təqdirdə həmin ailənin həyatına dəstək ola bilər. Bənzər bir misal iş mühitində  əhəmiyyətli bir işçi və ya avadanlıqlar sıradan çıxdıqda,  sığorta sayəsində iş davam edə bilər. Sığortanın önəmli olmasının səbəbi daxili hüzur verməsindədir. Sığorta  müqaviləsinin yenilənməsi, yenidən hər şeyin bir bütün olması deməkdir.