Cəmiyyətin fəaliyyətini ən yaxşı şəkildə inkişaf etdirmək üçün həyata keçirilən insan resursları siyasəti aşağıdakılardır.
- İdeal bir işçi heyətilə Cəmiyyət tərəfindən həyata keçiriləcək fəaliyyətləri reallaşdırmaq.
- İşçilərin istedadlarını, peşəkar inkişafını və bacarıqlarını istifadə edib inkişaf etdirə biləcəyi iş mühiti və şərait ilə təmin etmək.
- İşin xarakterinə uyğun heyətin seçilməsi və vəzifələndirilməsini reallaşdırmaq.
- Daima personalın şəxsiyyətinə əhəmiyyət vermək və hörmət etmək, maddi və mənəvi hüquqlarının qorunmasını ön planda saxlamaq.
- Şəxsi və peşə inkişafını dəstəkləməklə uğurların qiymətləndirildiyi və təltif olunduğu bir iş mühiti yaratmaq.
- Şirkətin mədəniyyətini və korporativ dəyərlərini mənimsəyən, etik və peşə qaydalarına əməl edən, imtizamlı bir işçi heyətinə sahib olmaq.
- İcra olunan tapşırığın xarakterinə uyğun təhlükəsiz və etibarlı iş mühitini təmin etmək.
- İşçiləri yaradıcı düşünməyə və prosesləri inkişaf etdirmək üçün yeni fikirlər irəli sürməyə təşviq etmək.
- Yeniliyin və yaradıcılığın təşviq edildiyi bir korporativ mədəniyyəti var etmək.
- Bilik mübadiləsi və daima bütün səviyyələrdə ünsiyyət üçün açıq bir mühiti təşviq edib, komanda ruhunu inkişaf etdirərək, BİZ şüurunu yaratmaq.