Şəxsi sığortanın bir növüdür. Bu sığorta növü bədbəxt hadisə nəticəsində sığorta olunanın sağlamlığının itirilməsi və ya ölümü səbəbindən alınan zərərin ödənilməsi ücün nəzərdə tutulmuşdur. Bu sığorta növü, fərdi olaraq və qrup halında, habelə könüllü və icbari sığorta şəklində həyata keçirilə bilər. “Naxçıvansığorta”ASC-nin təklif etdiyi Fərdi Qəza sığortası, şəhadətnamədə göstərilən sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin tam və ya qismən həyata keçirilməsinə zəmanət verir.
Aşağıdakı forma ilə sorğunu göndərin, biz Sizinlə əlaqə saxlayaq.